BAKI, 16 iyun — Sputnik. Rusiya yoxsulluğun azalma tendensiyasını saxlamaqda davam edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) plenar iclasında çıxışı zamanı bildirib.
Rusiya dövlət başçısı çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə 1,7 milyon insan yoxsulluqdan xilas olub, yoxsulluq səviyyəsi ikirəqəmli həddən aşağı olmaqla 9,8 faiz təşkil edib.
"Əlbəttə, burada hər bir faiz vacibdir, bu, tamamilə açıqdır. Hətta mənim danışdığım bu müsbət tendensiyalar da praktiki baxımdan, bəlkə də o qədər də əhəmiyyətli deyil. Onların gəlirləri hələ də çox aşağıdır. Lakin əsas tendensiyadır və bu müsbət tendensiyanı biz dəstəkləməli və qoruyub saxlamalı olacağıq", - deyə Putin bildirib.
SPBİF 14-17 iyun tarixlərində keçirilir. RİA Novosti forumun media tərəfdaşı və ev sahibidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.