RUSİYA

Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb

Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır.
Sputnik
BAKI, 16 iyun - Sputnik. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinin binasındadır.
Bu barədə Ermənistan KİV məlumat yayıb. Ermənistan XİN xəbəri təsdiqləyib. Lakin səfirin nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.
Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır. Rusiyalı diplomata nota verildiyi iddia edilir.
Ermənistan XİN-in nümayəndəsi səfirlə görüş barədə daha sonra məlumat yayacaqlarını vəd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.