BAKI, 16 iyun - Sputnik. Rusiya Pakistana ümumi şərtlərlə neft verir, ölkə üçün xüsusi endirim yoxdur.
Bunu Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov jurnalistlərə bildirib.
Nazir bildirib ki, çatdırılmalar dost ölkələrin valyutaları ilə həyata keçirilir və barter variantı da gələcəkdə nəzərdən keçirilir.
"Bəli, Pakistana neft tədarükü başlayıb, xüsusi endirim yoxdur - Pakistan üçün bu, digər istehlakçılar üçün olduğu kimi formalaşıb. Biz inanırıq ki, Pakistan bizim üçün Hindistan qədər vacib tərəfdaşdır", - o deyib.
Şulqinov xatırladıb ki, bu yaxınlarda Pakistan Rusiya neftinin ilk partiyasını alıb və gələcəkdə daha çox tədarüklər olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.