AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İtaliyanın Azərbaycandakı səfirliyində olub

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşılayıb, Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəldi. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Xatırladaq ki, İtaliyanın sabiq baş naziri iyunun 12-də 87 yaşında vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.