RUSİYA

Peskov: Rusiya təcrid olunmayıb, iqtisadi məsələlərdə boşluq ola bilməz

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın "Birinci Kanal"ına müsahibə verib.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Rusiya iqtisadi təcriddə deyil. Boşluq ola bilməz, çünki bəzi istiqamətlər bağlandıqda digərləri açılır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Şübhəsiz ki, təcrid olunmayıb. İqtisadi işlərdə heç bir boşluq ola bilməz. Əgər bəzi istiqamətlər bağlanarsa, o zaman digər istiqamətlər avtomatik olaraq açılır və daha sərfəli və gəlirli olur", - deyə o, "Birinci Kanal"ın efirində bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.