RUSİYA

Peskov: Bu il SPBİF kifayət qədər geniş beynəlxalq nümayəndəliyə malikdir

İyunun 14-17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) kifayət qədər geniş beynəlxalq nümayəndəliyə malikdir. Əsas qonaq isə Rusiya biznesi ilə çoxlu əlaqələri olan BƏƏ nümayəndə heyətidir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu ilin əsas qonağı BƏƏ-dir. Çox təsirli bir nümayəndə heyəti gəlib və iştirak edir - hökumət üzvləri, nazirlər… Bizim biznesimiz və hökumət üzvlərimizin onlarla çox sayda əlaqələri var. Kifayət qədər geniş və beynəlxalq səviyyədə olan nümayəndəlik”, - deyə Peskov Rusiyanın “Birinci Kanal”ındakı çıxışında söyləyib.

"Ümumiyyətlə, daha 15-16 ölkədən nümayəndələr iştirak edir ki, bu da baş verən hər şeyə canlı açar bəxş edir", - deyə o, əlavə edib.
Qeyd edək ki, iyunun 14-17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) keçirilir. “RİA Novosti” forumun media tərəfdaşı və ev sahibi-foto agentliyidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.