TƏHSİL

Ötən tədris ilində Bakıda işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb

149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Fəaliyyətinin yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Sputnik
BAKI, 16 iyun — Sputnik. 2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.
149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Fəaliyyətinin yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanan əmək müqaviləsinə xitam verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.