QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

On dörd ölkədən olan səyyahların Şuşaya səfəri başlayıb

Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.
Sputnik
BAKI, 16 iyun — Sputnik. İşğaldan azad edilən ərazilərə səfər çərçivəsində 14 ölkəni təmsil edən 35 beynəlxalq səyyahın Şuşaya səfəri başlayıb.
Dünya şöhrətli 4 əsas səyahətçi şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatını (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən heyət bu gün Şuşaya səfər edib.
MTP-nin rəhbəri Charles Veleyin başçılıq etdiyi qrup əvvəlcə Ağdamda, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndində, Kəlbəcər və Laçın rayonlarında olub. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.
Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan biri 2021-ci ildə, dördü isə 2022-ci ildə, ikisi isə 2023-cü ildə olub. Bu, sayca səkkizinci analoji səfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.