RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Medvedev: Bu alyansda Rusiyaya nə NATO, nə də Ukrayna lazım deyil

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun növbəti sammitində hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın NATO-ya qəbulu ilə bağlı güclü siqnalın verilməsi məsələsinə baxacaqlarını bildirib.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Xüsusi əməliyyat zamanı sakitlik hələ gözlənilmir. Rusiyaya bu alyansda nə NATO, nə də Ukrayna lazım deyil.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Tula vilayətində silah istehsalına nəzarət üzrə işçi qrupunun iclasında bildirib.
"Hələ ki, sakitlik gözlənilmir. Əgər diqqət etmisinizsə, dünən NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun növbəti sammitində hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın NATO-ya qəbulu ilə bağlı güclü siqnalın verilməsi məsələsinə baxacaqlarını bildirib. Bu halda nə demək olar? Bizə NATO və uyğun olaraq NATO-dakı Ukrayna lazım deyil", - deyə Medvedev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.