RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Matviyenko: Rusiya real şərtlərlə sülh danışıqlarına hazırdır

Sputnik
BAKI, 16 iyun — Sputnik. Rusiya Ukrayna üzrə sülh danışıqlarına hazırdır, lakin indi bunun üçün Qərb və Kiyev tərəfindən heç bir ilkin şərt yoxdur. Bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko "İnterfaks"ın müxbiri ilə söhbətində bildirib.
"Biz ayrı-ayrı dövlətlərin və bir qrup dövlətin irəli sürdüyü hər cür təşəbbüslərə diqqətlə yanaşır, onları diqqətlə öyrənirik. Bilirsiniz ki, Rusiya həmişə ancaq real şərtlərlə sülh danışıqlarına hazır olmasından danışıb", - deyə Matviyenko bildirib.
Rusiya Federasiya Şurasının spikerinin sözlərinə əsasən, təəssüf ki, bu gün ilk növbədə Qərbin mövqeyinə görə heç bir ilkin şərt yoxdur. Matviyenkonun fikrincə, məhz Avropa İttifaqı və ABŞ Kiyevin sülh danışıqlarına başlamasına imkan verməyəcək.
Xatırladaq ki, bu yaxınlarda "KP.RU" Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı istənilən ideyanı dəstəklədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.