QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilərin sərhəddə törətdiyi insident Şuşa səfərimizə mane oldu - Səyyah

Argentinalı səyyah bildirib ki, ölkə üçün bu qədər vacib bir yerdə Azərbaycan bayrağını görmək gözəldir.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Ermənilərin ötən gün sərhəddə törətdiyi insidentlər xarici səyyahların Şuşaya səfərinə mane olub. Bu barədə argentinalı səyyah Nikolas Pasquali bildirib.
"Dünən atışma səbəbilə planlarımızı bir qədər dəyişərək daha uzaq yolla bura gəlməli olduq. Amma çox şadıq ki, bir gün sonra belə olsa, bunu bacardıq. Burada gördüyümüz düşünürəm ki, heyrətamizdir. Ölkə üçün bu qədər vacib bir yerdə Azərbaycan bayrağını görmək gözəldir. Düşünürəm ki, bu həm də çox simvolikdir", - deyə səyyah bildirib (APA).
Qeyd edək ki, iyunun 14-də beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb. Səyyahların 4 günlük səfər müddətində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət etməsi qərara alınıb.
Xatırladaq ki, bu gecə Ermənistan yenidən təxribata əl atıb. Bu barədə Müdafiə Naziriliyi məlumat yayıb.
Belə ki, iyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.