RUSİYA

Rusiya Cənubi Qafqazda münasibətlərin normallaşdırılması ilə məşğuldur - Zaxarova

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiyanın xasüsi nümayəndələri, səfirləri, ekspertləri Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və nizamlanması istiqamətində fasiləsiz işləyirlər.
Sputnik
BAKI, 15 iyun - Sputnik. “Biz müntəzəm olaraq Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və nizamlanma mövzusu ilə bağlı müxtəlif istiqamətlərdə məşğul oluruq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Siz ən yüksək səviyyədə fəallığı, rəhbərlik səviyyəsində görüşləri, Azərbaycan və Ermənistan nazirlərinin necə işlədiyini görürsünüz, bizim bu məsələ ilə bağlı xüsusi nümayəndələrimiz var. Səfirliklərimiz və ekspertlərimiz gündəlik olaraq işləyirlər. Proses gedir və fasiləsiz davam edir”, - o vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.