SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir - İlham Əliyev

İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə mətbuata bəyanatında işğal səbəbindən Ermənistanla münasibət qurmadığı üçün Pakistana minnətdarlığını bildirib.
Sputnik
BAKI, 15 iyun - Sputnik. Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.
“Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”, - deyə dövlətimizin başçısı bildirib.
***
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.