SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hakan Fidan Milli Qurtuluş Günü və "Şuşa Bəyannaməsi"nin ildönümü barədə paylaşım edib

Türkiyə XİN başçısı "Acımız, sevincimiz hər zaman bir yerdə olan Azərbaycanlı qardaşlarımızla tək millət, iki dövlətik" yazıb.
Sputnik
BAKI, 15 iyun - Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyun Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Bu barədə nazirin "Twitter" hesabındakı paylaşımında deyilir.
"Bu gün həm Can Azərbaycanın Milli Qurtuluş Günüdür, həm də aramızdakı təbii müttəfiqliyi daha da gücləndirən "Şuşa Bəyannaməsi"nin ildönümüdür. Təbrik edirik!
Acımız, sevincimiz hər zaman bir yerdə olan Azərbaycanlı qardaşlarımızla tək millət, iki dövlətik", - Fidanın paylaşımında deyilir.
Türkiyə Xarici İşlər Nazirliyinin "Twitter" hesabında da Azərbaycala bağlı paylaşım edilib.
"Can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, - XİN-in tvitində qeyd olunub.
Türkiyə XİN həmçinin Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.