AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və Rusiya prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun saytında məlumat verilib.
Sputnik
BAKI, 15 iyun - Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və onun rusiyalı həmkarı İqor Krasnov Əməkdaşlıq Proqramı imzalayıblar.
Bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun saytında məlumat verilib.
İ.Krasnov qeyd edib ki, iki dövlətin iqtisadiyyatının yaxınlaşması, ticarət dövriyyəsinin artırılması və birgə biznes layihələri, biznesin inzibati təzyiqlərdən qorunması məsələləri nəzərə alınmaqla, investorların və sahibkarların hüquqlarına hörmət edilməsinin təmin edilməsi daha da aktuallaşır.
Görüşün yekununda Rusiya və Azərbaycanın baş prokurorları arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.
Sənəddə əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi, rəqəmsal maliyyə aktivlərinin, o cümlədən kriptovalyutaların xaricə qanunsuz ötürülməsinə qarşı mübarizə, prokurorluq orqanlarının fəaliyyətində müasir texnologiyaların tətbiqi, habelə hərbi prokurorların nəzarət fəaliyyəti yer alıb.