BAKI, 14 iyun — Sputnik. Xəzər dənizinin dayazlaşması problemi artıq bir ildən çoxdur ki, alimləri narahat edir. Bu ilin iyun ayının əvvəlində isə Xəzər dənizinin dayazlaşması ilə əlaqədar Qazaxıstanın Aktau şəhərində təbii xarakterli fövqəladə vəziyyət elan edilib. Xəzəryanı dövlətlərin müvafiq idarələri səviyyəsində də dialoq fəallaşıb. Hazırda Xəzər dənizinin səviyyəsi Baltik sistemi üzrə mənfi 28,6 metrdir. Mütəxəssislərin fikrincə, dəniz səviyyəsinin azalmasına iqlim dəyişikliyi və çay axınının azalması təsir göstərir. İllik yağıntının azalması da müşahidə olunur.
Xəzər dənizinin səviyyəsinin dəyişilməsinə daha hansı amillərin mənfi təsir göstərdiyi barədə iyinun 20-də, saat 13:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı-Moskva-Astana-Həştərxan video körpüsü zamanı məlumat veriləcək.
Bakıda:
Telman Zeynalov, Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti;
Moskvada:
Pyotr Zavyalov, Şirşov adına Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun fizika üzrə direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü;
Astanada:
Aygül-Abdualiyeva, Beynəlxalq Ekologiya Akademiyasının prezidenti;
Həştərxanda:
Yelena Ostrovskaya, "Xəzər Dəniz Elmi-Tədqiqat Mərkəzi"nin federal dövlət büdcə təşkilatının rəhbəri.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.