SƏHİYYƏ

Pirsinq, döymə etdirən şəxslər donor ola bilərlər

Nazirlik rəsmisi tövsiyə edir ki, bu cür prosedurları etdirən şəxslər həddindən artıq diqqətli olsunlar və sterilliyindən əmin olduqları yerlərə müraciət etsinlər.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Pirsinq, döymə (tatuaj) etdirən şəxslər də donor ola bilər. Lakin belə prosedurlara görə müraciət edən şəxslərin yenidən donor olması üçün 6 ay fasilə olmalıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova canlı yayımda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu müddətin tələb olunması həmin şəxslərin sözügedən prosedurlar zamanı hansısa infeksion xəstəliklərə yoluxub-yoluxmadığını dəqiqləşdirmək üçün əhəmiyyətlidir:

“Çünki bəzi infeksion xəstəliklər var ki, dərhal özünü göstərmir. Tövsiyə edirik ki, bu cür prosedurları etdirən şəxslər həddindən artıq diqqətli olsunlar və sterilliyindən əmin olduqları yerlərə müraciət etsinlər”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.