BAKI, 14 iyun — Sputnik. Bakının "Neftçi" klubu Şuşada keçirilən Qadınlar arasında 3X3 Dünya Basketbol Seriyasının dördüncü mərhələsində qələbə qazanıb.
Çərşənbə axşamı, iyunun 13-də Şuşada ev sahibi olan ölkənin iki komanda - Azərbaycan milli komandası və "Neftçi" klubu ilə təmsil olunduğu Ümumdünya Qadınlar 3X3 Basketbol Seriyasının dördüncü mərhələsinə yekun vurulub.
Şuşada qadınlar arasında 3X3 basketbol üzrə Dünya seriyası – "Sputnik Azərbaycan"da
"Neftçi"lər turnirin qrup mərhələsinin üç görüşündə üç qələbə sayəsində birbaşa yarımfinala yüksələrək orada gərgin mübarizədə Macarıstan millisini 15:14 hesabı ilə məğlub ediblər. Finalda isə "Neftçi" basketbolçuları Niderland millisi üzərində 20:12 hesabı ilə qələbə qazanıblar.
Qaliblərin heyətində aşağıdakı basketbolçular çıxış ediblər: Briana Freyzer, Alexandra Mollenhauer, Dina Ulyanova və Derris Karter. Yeri gəlmişkən, sonuncu Şuşada keçirilən turnirin MVP-si kimi tanınıb.
Onu da əlavə edək ki, Dünya Seriyasının dördüncü mərhələsinə qədər "Neftçi" 45 xalla 15-ci, Azərbaycan komandası isə 14 xalla 21-ci pillədə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.