DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO ölkələri Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq istəyir

NATO-nun bəzi ölkələri Şimali Atlantika Alyansının Baş katibi postuna ilk dəfə qadının təyin edilməsinin tərəfdarı olduğu halda, digərləri bu vəzifədə Şərqi Avropa nümayəndəsini görmək istəyir.
Sputnik
BAKI, 14 iyun — Sputnik. NATO-ya üzv ölkələr təşkilatın rəhbəri vəzifəsinə namizədlərlə bağlı fikir ayrılığı səbəbindən alyansın Baş katibi Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq niyyətindədir.
"Financial Times" qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Yens Stoltenberqin səlahiyyətlərinin uzadılması gələn il keçiriləcək seçkilərə qədər NATO üzvləri üçün qısamüddətli kompromis variant ola bilər.
Bu vəziyyət hərbi blokun yeni rəhbəri postuna iki əsas namizədin – Danimarkanın Baş naziri Mette Frederiksenin və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin alyans üzvləri arasında yekdil dəstəyə malik olmaması səbəbindən yaranıb.
NATO-nun bəzi ölkələri Şimali Atlantika Alyansının Baş katibi postuna ilk dəfə qadının təyin edilməsinə tərəfdarı olduğu halda, digərləri bu vəzifədə Şərqi Avropa nümayəndəsini görmək istəyir.
Xatırladaq ki, Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də öz postunu tərk etməli idi, lakin həmin ilin martında Alyans ölkələrinin liderləri onun mandatını 2023-cü il sentyabrın 30-dək uzadıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.