BAKI, 14 iyun — Sputnik. Azərbaycan xalqının Milli Qurtuluş Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin deputatları və parlament Aparatının məsul əməkdaşları iyunun 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, iyunun 14-də Milli Məclisin xüsusi iclas keçirilir.
İclas Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyinə həsr edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.