DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çinin daxili işlərinə qarışmayın - XİN rəhbəri

Ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri ölkəsi və ABŞ arasında münasibətlərin yeni çətinliklər və çağırışlarla üzləşdiyini qeyd edib.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Çinin xarici işlər naziri Tsin Qan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Vaşinqton və Pekin arasında münasibətlərdə yeni çətinliklərə diqqət çəkib, həmçinin ABŞ-ın Çinin daxili işlərinə müdaxiləsinin yolverilməzliyini qeyd edib. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Çin Xarici İşlər Nazirliyinin rəhbəri Çin və ABŞ arasında münasibətlərin yeni çətinliklər və çağırışlarla üzləşdiyini qeyd edib. Eyni zamanda, Pekin ikitərəfli münasibətlərə qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yanaşdığını bildirib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti məlumat vermişdi ki, Blinken və Tsin Qan arasında telefon danışığı olub, onlar iki ölkə arasında təmasların davam etdirilməsinin vacibliyini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.