CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yola düşəcəklər

Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib. QMİ-nin məlumatına görə, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları ( 9775,00 AZN ) təşkil edir. Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9106 manat təyin edilmişdi. Bu il isə qiymət 9775 manat təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.