BAKI, 14 iyun — Sputnik. İlham Ənvər oğlu Nəzərli Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, ötən ilin noyabrında Prezident İlham Əliyev Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.
Dövlət başçısı eyni zamanda, "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.