SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü niyə təxirə salındı?

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, tərəflər dinc dialoqu davam etdirirlər və Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanır.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu həftə Vaşinqtonda planlaşdırılan danışıqların növbəti raundu qrafiklə bağlı problemlərə görə təxirə salınıb. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti raundu Bakının xahişi ilə təxirə salınıb.

"Təəssüf ki, bu görüş planlaşdırma problemlərinə görə yüz faizə çata bilmədi və biz bunu mümkün qədər tez keçirməyi səbirsizliklə gözləyirik", - deyə Miller qeyd edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, tərəflər dinc dialoqu davam etdirirlər və Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanır.
Nazirlərin Vaşinqtonda keçirilmiş əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.