BAKI, 13 iyun — Sputnik. Müasir aviasiyanın olmaması, üstəlik yaxşı təlim keçmiş Rusiya artilleriyası Ukrayna Silahlı Qüvvələrinin əsas problemləridir.
"Business Insider" bunu London Kral Kollecinin Hərbi Tədqiqatlar Departamentinin professoru Maykl Klarka istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya artilleriyası XHƏ zonasında üstünlüyə malikdir və bu səbəbdən Ukrayna hərbçiləri aviasiya çatışmazlığı hiss edəcəklər, çünki Qərbin vəd etdiyi F-16 qırıcıları hələ də çatdırılmayıb.
"Bundan əlavə, cəbhə xəttində yerüstü bölmələri əhatə edə biləcək mobil hava hücumundan müdafiə sistemlərinin olmaması da problemdir", - deyə Klark əlavə edib.
Bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunakın Vaşinqtonda danışıqlar zamanı Ukraynaya F-16 qırıcılarının göndərilməsini müzakirə edə biləcəkləri bildirilib.
Detroytdakı Ueyn Universitetinin professoru Səid Xan da öz növbəsində qeyd edib ki, belə bir addım Moskva tərəfindən Amerikanın Ukrayna münaqişəsində iştirakının əhəmiyyətli dərəcədə artması kimi qəbul ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.