BAKI, 13 iyun — Sputnik. Macarıstan hələ də Ukraynadakı münaqişənin sülh yolu ilə həlli axtarışlarını davam etdirmək üçün Rusiya ilə dialoq kanallarını açıq saxlamağı zəruri hesab edir. Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.
"İndi əsas məsələ Ukraynada sülhə necəsə nail olmaqdır və bunun üçün kommunikasiya imkanlarını saxlamaq lazımdır. Axı biz ünsiyyətə hazır olmasaq, o zaman sülhə nail olmaq ümidini itirəcəyik", - Siyarto bildirib.
"Biz hesab edirik ki, Rusiya ilə kommunikasiya kanalları açıq qalmalıdır", - deyə nazir vurğulayıb.
O bildirib ki, martın əvvəlində Yeni Dehlidə keçirilən G20 nazirlərinin görüşü zamanı ABŞ dövlət katibi Entoni Blinkenin Lavrovla qısa görüşü olub. "Mən də cənab Lavrovla dialoqu davam etdirirəm, çünki danışmasaq, sülh şansını itirəcəyik", - Siyarto bildirib.
O, əmin olduğunu bildirib ki, Ukrayna münaqişəsi döyüş meydanında bitməyəcək və yalnız danışıqlar masası arxasında bitə bilər".
"Ona görə də dialoq aparmaq lazımdır", - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.