SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə prezidentindən Azərbaycana beş uşaq tövsiyəsi - VİDEO

Ərdoğan "Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm" deyib.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Ərdoğan Azərbaycanda hər ailədə beş uşaq olmasını arzu edib.
Bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.
"İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar uğurla atıldıqca, Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm" - deyən Ərdoğan İlham Əliyevə "elə deyilmi, qardaşım?" deyə xitab edib. İlham Əliyev də öz növbəsində "çalışacağıq" deyib.
Ərdoğan Azərbaycan əhalisinin sayını dəqiqləşdirmək istədikdə, İlham Əliyev "hələ 11 milyona çatmayıb, 10 milyonun üzərindədir, inşallah tezliklə çatacaq, az qalıb" deyib.
Türkiyə prezidenti isə əlavə edib ki, əhali artımına nail olsa, Azərbaycan daha güclü olacaq:
"Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir".
Ərdoğan onu da əlavə edib ki, Türkiyə və Azərbaycan qardaş dövlətlər kimi gələcəkdə birlikdə inkişaf edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.