HƏRBİ

Türkiyə MN Azərbaycan şəxsi heyətinin də iştirak etdiyi hərbi təlimlərdən görüntülər yayıb

İyunun 5-də başlayan təlimlərdə Azərbaycan, İspaniya, Qətər, Şimali Kipr, Polşa da iştirak edir. Hazırlıqların məqsədlərindən biri təcrübə mübadiləsidir.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyi Ankarada keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təliminin görüntülərini yayıb.
Görüntülərdə hərbçilərin müxtəlif tapşırıqları icra etdikləri görünür. Onlar hündürlükdən paraşütlə tullanma, müxtəlif relyeflerdə şərti düşmənin məhv edilməsi kimi tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, iyunun 5-də başlayan təlimlərdə Azərbaycan, İspaniya, Qətər, Şimali Kipr, Polşa da iştirak edir. Hazırlıqların məqsədlərindən biri təcrübə mübadiləsidir.
Təlimlər iyunun 16-da başa çatacaq.