RUSİYA

İsveç Türkiyə qarşısında öhdəliklərini tam yerinə yetirib - Stoltenberq

Stoltenberqin sözlərinə görə, isveçlilər Türkiyəyə silah ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb, terrorla mübarizədə əməkdaşlığı gücləndirib.
Sputnik
BAKI, 13 iyun — Sputnik. İsveç onun NATO-ya daxil olmasına mane olan Türkiyə qarşısında öhdəliklərini tam yerinə yetirib. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O, qeyd edib ki, İsveç NATO-nun keçən il Madriddə keçirilən sammitində götürdüyü öhdəlikləri yerinə yetirdi.
Stoltenberqin sözlərinə görə, isveçlilər Türkiyəyə silah ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb, terrorla mübarizədə əməkdaşlığı gücləndirib, konstitusiyaya dəyişiklik edib və antiterror qanunvericiliyini sərtləşdirib.
O əlavə edib ki, qanunvericilik və siyasi yeniliklər artıq konkret fəaliyyətə çevrilir.
"Həmin həftəsonu biz PKK ilə əlaqəsi olan şəxsin ekstradisiyasına dair qərar qəbul etdik və bu, İsveçin verdiyi sözə əməl etdiyini və NATO üzvlüyünün tam ratifikasiyasına hazır olduğunu sübut edir", - Stoltenberq bildirib.
Ukraynada münaqişənin başlaması ilə İsveç uzunmüddətli neytrallıqdan imtina edib və qonşusu Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib. Finlandiya alyansa qoşulub, Türkiyə isə İsveçin daxil olmasına qarşı çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.