BAKI, 13 iyun — Sputnik. İyunun 11-də Suriyanın şimal-şərqində ABŞ hərbçilərinin olduğu helikopterin qəzaya uğraması nəticəsində 22 hərbçi yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "Twitter" hesabında dərc olunan bəyanatında qeyd edilib.
"İyunun 11-də Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində ABŞ-ın 22 hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar müalicə olunur, onlardan 10-u CENTCOM-un məsuliyyət zonasından kənarda daha yüksək səviyyəli yardım göstərən müəssisələrə köçürülüb", - komandanlığın bəyanatında deyilir.
CENTCOM həmçinin qeyd edib ki, "düşmən atəşi barədə məlumat verməsə də" hadisənin səbəbləri araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.