BAKI, 13 iyun — Sputnik. "Mən tamamilə əminəm ki, bu gözəl alyans mənə layiqli bir varis tapa biləcək. Hazırda bütün diqqətimi bu payızda səlahiyyət müddətimin sonuna kimi alyansa rəhbərlik etməyə yönəltmişəm".
Bunu Stoltenberq Amerikanın "PBS" telekanalında bir proqrama müsahibəsində söyləyib.
Jurnalistin dəqiqləşdirici sualından sonra Stoltenberq qeyd edib ki, NATO-nun baş katibi vəzifəsini başa vurmaqdan başqa planları yoxdur. O, 9 ildir ki, vəzifədə olduğunu, ona görə də hazırda alyansa başqasının rəhbərlik etməli olduğunu vurğulayıb.
NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti sentyabrın sonunda başa çatır, halbuki onun daha bir neçə ay - alyansın müttəfiqləri yeni təyinat barədə razılığa gələnə qədər vəzifəsində qalması mümkündür. Litvanın baş naziri İnqrida Şimonite isə bəyan edib ki, yeni baş katibin adı alyansın 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitində açıqlanacaq.
Bundan əvvəl "Politico" yazırdı ki, Danimarkanın baş naziri Mette Frederiksenə NATO-nun yeni baş katibi roluna bir namizəd kimi ciddi baxılır. Hərçənd, Danimarkanın baş naziri özü əvvəllər namizəd olmadığını deyirdi. Bununla yanaşı, Niderlandın baş naziri Mark Ryütte, Ispaniyanın baş naziri Pedro Sançes, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Estoniyanın baş naziri Kaya Kallas da NATO-nun baş katibi vəzifəsinə iddia edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.