BAKI, 13 iyun — Sputnik. Qarabağda yeni su elektrik stansiyaları (SES) inşa ediləcək. Bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə "İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər" mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda deyib.
O, hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyasının bərpa edildiyini xatırladıb. Şöbə müdiri bildirib ki, Qarabağ hidroenerji potensialına malik regiondur. O əlavə edib ki, ilin sonuna qədər digər su elektrik stansiyalarının bərpası ilə bağlı işlər tamamlanacaq və yeni stansiyalar tikiləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.