CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə süni mayalanma söhbətləri: Belə uşaq dünyaya gətirməzlər

Deputat Rəşad Mahmudov isə bildirib ki, ölkəmizdə uzun illərdən bəri övlad sahibi olmaq istəyən, amma buna maddi imkanı çatmayan vətəndaşlarımız var.
Sputnik
BAKI, 13 iyun-Sputnik. "Ölkəmizdə uzun illərdən bəri övlad sahibi olmaq istəyən, amma buna maddi imkanı çatmayan vətəndaşlarımız var. Onlar "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul edilmədiyinə görə övlad sahibi ola bilmədiklərini bildirirlər".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, qanunun predmeti tamam başqa məsələlərdir: "Uşaq sahibi olmaq isə fərdlərin sağlamlığı ilə bağlıdır və bu dövlət nəzarətində olsa yaxşı olar. Hökumət üzvlərinin də burada olmasından istifadə edərək bu təklifimi vermək istəyirəm. Əminəm ki, süni mayalanma ilə əlaqədar azı ildə 200-250 nəfər üçün ayrılacaq məbləğ elə də çox deyil. Bu, Prezident İlham Əliyevin səhiyyə sahəsində ortaya qoyduğu xüsusi dəsti-xəttə də uyğun olar. Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsa, yaxşı olar".
Deputat Siyavuş Novruzov isə deyib ki, mən Milli Məclisdə dini komitənin sədri olduğum 5 il müddətində "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbuluna mane oldum. Süni mayalanma ilə uşaq dünyaya gətirməzlər.
Siyavuş Novruzov hesab edir ki, Allah verməyibsə, deməli, belə məsləhətdir: "Dünyanın hansı yerində bunu edirlərsə, etsinlər, amma Azərbaycana bunu tətbiq etməyin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.