HƏRBİ

Ermənistan ordusu Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub - MN

Atəş nəticəsində xəsarət alan olmayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.
Sputnik
BAKI, 13 iyun — Sputnik. İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş nəticəsində xəsarət alan olmayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.
Xatırladaq ki, ötən gün də ordumuzun Kəlbəcər istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulmuşdu. İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutulmuşdu.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.