BAKI, 13 iyun — Sputnik. Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında 7,6 mln. ton yük, 2 704 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,8%, sərnişin daşınmasında isə 57,2% artım müşahidə olunub.
Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 430 vaqon yüklənilib, 416 vaqon isə boşaldılıb. Məlumatda qeyd olunur ki, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.
Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 966,4 min və ya 58,3% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yük daşımalarının 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 45,2% azalaraq 117,5 min ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.