İQTİSADİYYAT

Avropa Türkiyə vasitəsilə qaz almaqda maraqlıdır - Ərdoğan

Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkənin liderləri müvafiq idarələrə işlərə başlamaq barədə göstəriş veriblər.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Avropa Türkiyə vasitəsilə qaz almaqda maraqlıdır. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı mətbuata açıqlamasında bildirib.
"Enerji sahəsində uzun illər görülən işlər var. Bununla bağlı növbəti prosesdə nə edə biləcəyimiz artıq işlənib hazırlanıb. Enerji məsələsinə gəlincə, Avropa Türkiyə üzərindən alacaqları qazdan çox narahatdır. Biz bu istiqamətdə üzərimizə düşən işi görürük", - deyə Ərdoğan Azərbaycana səfəri zamanı mətbuata açıqlamasında bildirib.
Türkiyə qaz qovşağı ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub. Daha sonra Baltik dənizinin dibində "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin partlayışlardan iki həftə sonra Rusiya prezidenti Vladimir Putin Rusiyanın qaz tranzitinin itirilmiş həcminin Qara dəniz regionuna köçürülə biləcəyini açıqlayıb O, Türkiyədə digər ölkələrə, ilk növbədə Avropaya tədarük platformasına çevrilə biləcək qaz qovşağının yaradılması imkanını qeyd edib.
Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkənin liderləri müvafiq idarələrə işlərə başlamaq barədə göstəriş veriblər. Lakin Avropa bu təklifi həvəssiz qarşılayıb. Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının heç bir mənası olmadığını yazıb. Avropa Komissiyası xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.