BAKI, 12 iyun — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye şəhərində "onlarla" döyüşçünü və çoxlu sayda hərbi texnikasını itirib.
Bu barədə "The Economist" nəşri Ukrayna Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər verib.
"Orexovo-Tokmak istiqamətində cəbhə hücumları ağır gedir. Ukrayna zirehli texnika və canlı qüvvədə əhəmiyyətli itkilər verir. "Onlarla" əsgər həlak olub", – nəşrdə qeyd edilib.
Eyni zamanda bildirilir ki, Rusiya qoşunları Ukrayna bölmələrinə ciddi təzyiqlər göstərir və bu səbəbdən də onlar böyük çətinliklər yaşayırlar.
Bundan əlavə, hava şəraiti də mənfi təsir göstərir. Hava proqnozlarına görə, demək olar ki, bütün həftə boyunca yağış yağacaq və bu, Ukrayna qoşunlarını əlavə olaraq geriyə salacaq. Nəşrin mənbəyi bildirib ki, Kiyev "tələsməlidir, ancaq yavaş-yavaş".
Rusiya Müdafiə Nazirliyi bildirib ki, sutka ərzində Cənub-Donetsk, Zaporojye və Donetsk istiqamətlərində Ukrayna Silahlı Qüvvələri 50-dən çox döyüşçünü, həmçinin üç "Leopard 2" tankını və İngiltərənin "Stormer" zenit-raket kompleksini itirib.