BAKI, 12 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin (USQ) yaşayış məntəqələrinə zərbə endirən hərəkətlərini şərh edib.
Bu barədə TASS informasiya agentliyi xəbər verib.
Putin qeyd edib ki, Ukrayna qoşunları birbaşa yaşayış məntəqələrinə və humanitar obyektlərə zərbələr endirirlər, lakin hərbi baxımdan bunun heç bir mənası yoxdur.
"Düşmən niyə yaşayış məntəqələrinə zərbələr endirir? Burada heç bir məntiq yoxdur. Nə üçün, niyə, nə mənası var? Açıq-aşkar humanitar obyektlərinə endirilir - bu təəccüblüdür. Burada heç bir hərbi məna yoxdur", - deyə Rusiya dövlət başçısı qeyd edib.
Bu yaxınlarda Vladimir Putin bildirib ki, Ukrayna ordusunun son günlər itkiləri klassik rəqəmləri üstələyir. Rusiya prezidenti "Ukrayna rejimi"nin itkilərini əhəmiyyətli adlandırıb. O, rəqəmləri deməsə də, onların "təsir edici" olduğunu qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.