BAKI, 12 iyun — Sputnik. Taksilərin mobil datalarından yığılan məlumatlar artıq bizim bazada var.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O xüsusi olaraq vurğulayıb ki, "Avtomobil nəqliyyatı haqqında" qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil: "Uzun müddətdir ki, bu qanun layihəsinin hazırlanmasına hazırlıq aparılır. Qanunun qəbul olunmasını vacib edən səbəblər var. Bunlar ekoloji təmizlik, vətəndaşların təhlükəsizliyi və s. məsələlərlə bağlıdır".
"Bakıda mobilliyin təmin olunması, yeniliyin faydaları barədə araşdırmalar aparılır", - deyə o əlavə edib.