BAKI, 12 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə danışıqlar apara bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Şimali Atlantika alyansının sammiti iyulun 11-12-də Litvanın paytaxtında keçiriləcək.
Ərdoğan NATO-nun Litvada keçiriləcək sammitində bir çox ölkənin liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Sammit çərçivəsində Ərdoğanın Baydenlə də danışıqlar aparacağı gözlənilir.
Qəzet həmçinin iki lider arasında yaxın vaxtlarda telefon danışığını da istisna etmir.
"Bazar ertəsi NATO-nun baş katibi ilə görüşdən sonra Baydenin Ankara ilə yenidən əlaqə saxlamaq ehtimalı var. Yaxın günlərdə Ərdoğan və Bayden, eləcə də xarici işlər nazirləri arasında yeni telefon danışığı olacağı ehtimal edilir.