HADİSƏ

Bakıda kütləvi davada 2 nəfər bıçaqlanıb

Yaralılar xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 12 iyun - Sputnik. Daxili İşlər Nazirliyi Bakıda bıçaqlanma hadisəsinə münasibət bildirib.
Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə iyunun 11-də Nərimanov rayonu ərazisindəki məhəllələrin birində baş verib.
“Belə ki, 2002-ci il təvəllüdlü Zeynal Turabov tanışı Röyal İsrəfilova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır. Hər iki tərəfin izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”, - o deyib.
Yaralılar xəstəxanaya yerləşdirilib.