HADİSƏ

Bakı-Qazax yolunda avtomobil piyadanı vurub

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 12 iyun - Sputnik. Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Sədrəddin Rzayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.