BAKI, 11 iyun - Sputnik. Ukrayna Silahlı Qüvvələrinin hücuma keçmək cəhdləri Rusiya ordusunun hazırlığının yüksək keyfiyyətini göstərib. Bunu NATO-nun keçmiş zabiti Stavros Atlamazoğlu “Sandboxx” üçün məqaləsində bildirib.
“...Rusiya ordusu Ukraynada yaxın tarixdə ən geniş müdafiə şəbəkələrindən birini yaradıb”, - ekspert belə deyir.
Zabit qeyd edib ki, Qərbin layiqincə qiymətləndirə bilmədiyi rus qoşunları Kiyevə gətirilən Alman “Leopard 2A6” və Amerikanın “M2 Bradley” tanklarını artıq sıradan çıxarırlar.
“...Ukrayna həqiqətən peşəkar rus ordusu ilə mübarizə aparır”, - deyə Atlamazoğlu bildirib.
Xatırladaq ki, iyunun 9-da Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başladığını təsdiqləyib. O qeyd edib ki, Ukraynanın əks-hücum cəhdləri uğursuz alınıb. Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı hələ də qorunub saxlanılır. İyunun 10-da Ukrayna Prezidenti Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının artıq davam etdiyini bildirib, eyni zamanda onların mərhələsi ilə bağlı suala birbaşa cavab verməkdən isə yayınıb.