HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi olub, ölən var

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 11 iyun - Sputnik. Tovuzun İbrahimhacılı kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər - Hüseynov Elçin Elvin oğlu ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.