BAKI, 11 iyun - Sputnik. Tovuz rayonu, Aşağı Quşçu kənd ərazisində yerləşən çay evlərinin birinin qarşısındakı kütləvi davadan sonra baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 1998-ci il təvəllüdlü Babayeva Günay Mehman qızı Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.
"Report"un məlumatına görə, avtomobildə olan digər yaralılar, 1994-cü il təvəllüdlü Əliyev Hüseyn Əli oğlu, 1991-ci il təvəllüdlü Tağıyev Tural Nazim oğlu və 2004-cü il təvəllüdlü Məmmədquluyev Sənan Zülfüqar oğlunun müalicəsi isə Tovuz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.
Qeyd edək ki, mübahisə zəminində bıçaq xəsarəti alan 1997-ci il təvəllüdlü Xəyal Vahid oğlu İsmayılov olub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuz rayonunda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb, bir neçə nəfər isə müxtəlif xəsarətlər alıb. Mübahisədən sonra hadisə yerindən uzaqlaşmaq istəyənlər isə avtomobil qəzasına düşüblər.
"Report"un məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.
Çay evlərinin birinin qarşısında mübahisə edən tərəflərdən biri bıçaqlanıb. Daha sonra mübahisə edənlərdən bəziləri "KİA" markalı avtomobillə hadisə yerindən uzaqlaşan zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı traktora çırpılıb.
Avtomobil qəzası zamanı Əliyev Hüseyn, Tural Tağıyev, Sənan Məmmədov və Günay Babayeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.
Bıçaq xəsarəti alan şəxsin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.