RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Ukrayna rejiminin sahibləri Rusiya ilə danışıqlara başlamağa imkan vermirlər

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda danışıqlar üçün heç bir şərait olmadığını bildirib.
Sputnik
BAKI, 11 iyun - Sputnik. Ukrayna rejiminin sahibləri onlara Rusiya Federasiyası ilə danışıqlara başlamağa imkan vermirlər. Rusiya Federasiyası Ukraynanın Rusiya ilə dialoqu istəməməsini və hazır olmadığını görür. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Müsahibədən bir hissə "Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin” proqramının jurnalisti Pavel Zarubinin “Teleqram” kanalında dərc edilib.
"Bizim gördüyümüz - "A"- rejimin istəməməsi, "B"- hazırsızlığı, "C"- sahibləri tərəfindən rejimə icazə verilməməsidir. Buna görə də hazırda danışıqlar üçün heç bir şərait yoxdur", - deyə Peskov bildirib.
Daha əvvəl Kremlin sözçüsü deyib ki, Rusiya Federasiyasının rəhbəri Vladimir Putin Rusiya ilə öz məqsədlərinə xüsusi əməliyyatdan başqa digər vasitələrlə nail olmaq üçün istənilən təmaslara “açıq olub və açıq olacaq” və olacaq, lakin Qərb hələ də başqa çıxış yolu qoymur.