BAKI, 10 iyun - Sputnik. S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
Sənədə əsasən, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
"Bu, Azərbaycan Mərkəzi Bankının 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək", - hesabatda deyilir (Report).
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hazırda 1 ABŞ dollarının kursu 1.7000 AZN müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.