FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Futbol bayramı: İstanbul Çempionlar Liqasının finalına hazırdır - fotolent

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək. İstanbul bu oyunu qarşılamağa hazırdır. Meqapolisdə bayram təntənəsinin necə yaşandığına Sputnik Azərbaycanın fotolentində baxa bilərsiz.
Sputnik
1 / 14

İstanbulun Taksim meydanında şərfli adam.

2 / 14

"İnter" azarkeşləri İstanbulda Taksim meydanında.

3 / 14

"Mançester Siti" azarkeşləri İstanbulda kafedə mahnı oxuyurlar.

4 / 14

İstanbulun Taksim meydanında insanlar "panda" ilə şəkil çəkdirirlər.

5 / 14

Restoran işçiləri UEFA Çempionlar Liqasının finalı öncəsi İstanbulda "Mançester Siti" və "İnter" formalarını geyiniblər.

6 / 14

İstanbulun Taksim meydanında kişi Çempionlar Liqası futbol topunun maketinin şəklini çəkir.

7 / 14

Azarkeş İstanbulda Çempionlar Liqası Kubokunun maketinin yanında foto çəkdirir.

8 / 14

"Mançester Siti"nin futbolçusu Xulian Alvarez İstanbuldakı Atatürk Olimpiya Stadionunda məşq əvvəl avtoqraf verir.

9 / 14

İstanbulda qadın futbol topunun maketinin yanında foto çəkdirir.

10 / 14

"İnter" azarkeşləri İstanbulda Taksim meydanında.

11 / 14

"Mançester Siti" azarkeşləri İstanbulda kafedə əylənirlər.

12 / 14

Azarkeş UEFA Çempionlar Liqasının kuboku ilə foto çəkdirir.

13 / 14

İnsanlar İstanbulun Taksim meydanında Çempionlar Liqası Kubokunun maketinin yanından keçirlər.

14 / 14

"Mançester Siti" azarkeşləri İstanbulda əylənirlər.

Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada İngiltərə təmsilçisi "Mançester Siti" və İtaliyanın "İnter" komandası üz-üzə gələcək.
Qarşılaşmanı polşalı hakim Şimon Marçiniak idarə edəcək.
UEFA Atatürk Olimpiya Stadionunda keçiriləcək finalı təxminən 72 min azarkeşin canlı izləyəcəyini açıqlayıb.
Həlledici oyun bu gün, Bakı vaxtilə saat 23:00-da oynanılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.