BAKI, 10 iyun — Sputnik. Ukrayna hücum zamanı xeyli texnika itirir.
"Bloomberg" avropalı rəsmiyə istinadən bu barədə xəbər verib.
"Ukrayna qüvvələri bu həftə cənubda müəyyən irəliləyiş əldə ediblər, lakin texnikada əhəmiyyətli itkilər olub", - agentliyin açıqlamasında belə deyilir.
Rəsmi nümayəndənin sözlərinə görə, Ukrayna qoşunlarının hərəkətlərinin əsas zərbənin ərəfəsi olub-olmadığı və ya onların Rusiya Federasiyasının müdafiəsində zəif yerlərin aşkarlanmasına yönəldiyi hələ də bəlli deyil.
Cümə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, saat 1.30-da 1500 nəfərdən ibarət Ukrayna qoşunları və 150 zirehli texnika Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmağa cəhd edib, lakin iki saat ərzində ukraynalılar 350-yə qədər şəxsi heyəti və 30 tankını itiriblər. Nazir vurğulayıb ki, Ukrayna briqadası Zaporojye istiqamətində bütün ərazilərdə dayandırılıb.
Ukraynanın əks-hücumunun vaxtı dəfələrlə dəyişdirilib və dəyişdirilməkdə davam edir. Rusiya Federasiyasında bu "əsəbilik", birincisi, informasiya müharibəsi ilə əlaqələndirilib – gözlənilməz hücum barədə mütəmadi açıqlamalar Rusiyanı gərgin vəziyyətdə saxlamaq üçün nəzərdə tutulub, ikincisi, Qərbin Kiyevdən sürətli və qalib nəticələr tələb etməsi ilə bağlıdır və o, daim hesabat verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.