DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

WSJ: Çin ABŞ-ı izləmək üçün Kubada kəşfiyyat obyekti yerləşdirməyi planlaşdırır

ABŞ kəşfiyyatı əminliklə bildirib ki, Kuba və Çin ABŞ-a cəsusluq etmək niyyəti ilə adada xüsusi baza yaratmaq üçün gizli razılaşma əldə ediblər.
Sputnik
BAKI, 9 iyun — Sputnik. Çin Kubada ABŞ hərbi bazalarının yerləşdiyi yerdə “ABŞ-ın cənub-şərqində elektron mesajları dinləməyə və ələ keçirməyə” imkan verəcək kəşfiyyat obyekti yerləşdirməyi planlaşdırır. Bu barədə Rusiya mediası “ciddi məxfi məlumatlarla tanış olan" mənbələrə əsaslanan ABŞ-ın “The Wall Street Journal” məcmuəsinə istinadən xəbər verib.
Nəşrdə qeyd edilib ki, bundan əlavə, kəşfiyyat obyekti ABŞ hərbi gəmilərinin hərəkətinə nəzarət etməyə imkan verəcək.
“WSJ”-nin məlumatına görə, baza Florida ştatından 160 km məsafədə yerləşəcək.
ABŞ Milli Kəşfiyyatının rəhbəri Evril Heyns bu yaxınlarda əminliklə bildirib ki, Çin və Rusiya yaxın illərdə yaxınlaşacaq, ABŞ-ın vəziyyətə təsir etmək şansı azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.